RU

Quterreş Ukrayna böhranına həsr olunmuş sammitdə iştirak etməyəcək

BMT-nin baş katibi Antonio Quterreş iyunun 12-də İsveçrədə Ukrayna böhranına həsr olunmuş sammitdə iştirak edə bilməyəcəyini açıqlayıb.

O, bu barədə “Reuters”in YouTube-da yayımladığı brifinqdə müvafiq bəyanatla çıxış edib.

“Təəssüf ki, mənim də şəxsi öhdəliklərim var ki, bir gündə imtina edə bilmərəm. Özüm gəlməməyimin heç bir siyasi əhəmiyyəti yoxdur”, - deyə o, jurnalistlərin sualını cavablandırıb.

Quterreş qeyd edib ki, BMT konfransda beynəlxalq müşahidəçi qismində “lazımi səviyyədə” iştirak edəcək.

Baş katib təşkilatın mövqeyinin Ukraynada sülhə sadiqlik olduğunu vurğulayıb.

Избранный
188
1
aznews.az

2Источники