RU

Papa moizələrə 8 dəqiqə limiti qoydu: “Yuxuya gedirlər”

Papa Fransisk camaatın “yuxuya getməsinin” qarşısını almaq üçün moizələrə 8 dəqiqəlik məhdudiyyət qoyub.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Katolik Kilsəsinin ruhani lideri Papa Fransisk keşişlərə səslənərək, camaatın sıxılmaması üçün “xütbələri qısa tutmalarını” xəbərdar edib. Papa xütbələrin 8 dəqiqədən çox olmaması ilə bağlı qayda qoyub. Papa Fransisk deyib ki, kilsə ibadəti zamanı verilən xütbə “bir görüntü, düşüncə, hiss” kimi qısa olmalıdır. Xütbələrin 8 dəqiqədən çox davam etməməsi lazım olduğunu bildirən Papa, “8 dəqiqədən sonra insanların diqqəti dağılır, yuxuya gedə bilirlər, haqlıdırlar. Rahiblər bəzən o qədər danışırlar ki, nə danışdıqlarını başa düşmürsən” deyib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
manset.az

1Источники