RU

Qatlana bilən Google Pixel Fold 2-nin yeni render fotoları ortaya çıxıblar

     Smartfonlar üçün nəzərdə tutulmuş müxtəlif aksesuarların istehsalı ilə məşğul olan Thinborne adlı brendin qoruyucu keyslərindən birinin fotoları ortaya çıxıb. Məsələnin maraqlı tərəfi isə ondadır ki, qoruyucu keyslərin fotolarında Google şirkətinin yeni qatlana bilən smartfonu əks olunub. Söhbət, Google Pixel Fold 2-dən gedir. Fotolardan da görmək olar ki, smartfon iki ədəd ekranı əldə edəcək. Onun 7.9 düym ölçülü daxili ekranla və 6.4 düym ölçülü xarici ekranla təchiz olunacağı gözlənilir.     Fotolara əsasən Pixel Fold 2-nin arxa kamera sahəsinin dizaynı keçən ilki Pixel Fold-un arxa kamera sahəsi dizaynından fərqlənəcək. Belə ki, Pixel Fold 2-nin arxa panelində düzbucaq formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd obyektiv ilə LED işıqlandırma sistemi mövcud olacaq. Gözləntilərə əsasən Pixel Fold 2 smartfonu Tensor G4 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Pixel Fold 2 bu ilin payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim oluna bilər.

Избранный
147
technote.az

1Источники