RU

Samsung Galaxy Z Fold 6-da foto tərtibatı üçün nəzərdə tutulmuş unikal süni zəka funksiyası istifadəyə veriləcək

   Samsung şirkəti gələn ay qatlana bilən Galaxy Z Fold 6 smartfonunu təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən sözügedən smartfonda unikal süni zəka funksiyası reallaşdırılacaq. Söhbət, mətn formatında təsvirlər əsasında sadə eskizlərin ketyfiyyətli fotolara çevrilməsi funksiyasından gedir. Məlumatda qeyd edilib ki, bu funksiya OneUI 6.1.1 istifadəçi interfeysinin bir hissəsi kimi təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti Apple Intelligence ekosistemi çərçivəsində buna bənzər Image Wand adlı funksiyanı artıq sərgiləyib və onu bu il ərzində istifadəyə verəcək.     Ice Universe ləqəbli məşhur insayder isə öz növbəsində bildirib ki, Galaxy Z Fold 6-da Galaxy AI ekosisteminin mövcud olacağı yeni funksiya məhz Image Wand-ın analoqu olacaq. Apple Intelligence-dən fərqli olaraq isə Galaxy AI-da sözügedən funksiya daha tez istifadəyə veriləcək. Bununla yanaşı nəzərə almaq lazımdır ki, bu funksiya üstəlik OneUI 6.1.1 istifadəçi interfeysini əldə edə biləcək Galaxy Tab planşetlərində də istifadəyə verilə bilər. Belə ki, demək olar bütün Galaxy Tab planşetləri S Pen stilusunun dəstəyinə sahibdirlər. Bu stilus vasitəsilə eskizlərin çəkilməsi prosesi isə daha da sadələşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
technote.az

1Источники