Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin spikeri Alen Simonyanla birlikdə Milli Assambleyanın parkını gəzir. Ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb, binanı polis kordonları qoruyur. Paşinyan və Simonyan isə etirazçıları uzaqdan izləyirlər.
Qeyd olunub ki, Paşinyan parlamentə 2023-cü il büdcəsinin icrası ilə bağlı hesabatın təqdimatında iştirak etmək üçün gəlib.