RU

Ermənistan parlamenti qarşısında polislə etirazçılar arasında TOQQUŞMA

Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında toqquşma olub.

Publika.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar parlament binasının qarşısındakı kordonu yarmağa cəhd edir, təhlükəsizlik qüvvələri bunun qarşısını almağa çalışırlar. Etirazçıların polislərə butulka atdığı deyilir.

Bundan əvvəl 42 etirazçının saxlanıldığı bildirilib.

Xatırladaq ki, Bu gün “Vətən naminə Tavuş” müxalif hərəkatı Ermənistan parlamentinin binası önündə aksiyaya başlayıb. Bununla əlaqədar Ermənistan polisi parlament binasının önünə tikanlı məftillər və xüsusi texnika gətirib. Ölkənin Daxili İşlər Nazirliyi aksiya iştirakçılarına və təşkilatçılara müraciət edərək ictimai asayişi pozacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
79
4
publika.az

7Источники