RU

BMT İsraili insanlığa qarşı cinayətlər törətməkdə ittiham etdi

 
"İsrail Qəzza bölgəsi əhalisinin sıx məskunlaşdığı rayonlarında böyük məhvedici gücə malik aviasiya bombalarından istifadə edib..."
 
"Fələstinli kişi və gənc oğlanlar gender təqibinin qurbanlarına çevrilib, onlar açıq şəkildə soyunmağa məcbur edilib, bu da onların ciddi şəkildə alçaldılması niyyətindən xəbər verir..."
 
BMT-nin insan haqları üzrə müstəqil beynəlxalq Komissiyası İsrailin və ərəb terrorçu qruplaşmalarının 2023-cü ilin oktyabrından başlayaraq "hərbi cinayətlər" kimi səciyyələndirilə bilən hərəkətlərə yol verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
"İsrail hakimiyyəti 2023-cü ilin oktyabrın 7-dən Qəzza bölgəsində hərbi əməliyyatlar və hücumların gedişində törədilən hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır", - Komissiyanın məruzəsində deyilir.
 
Komissiya həmçinin müəyyən edib ki, "Fələstinin silahlı qruplaşmaları İsraildə törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşıyır".
 
Məruzədə deyilir ki, İsrail hakimiyyəti o cümlədən Qəzza bölgəsində "müharibənin aparılması metodu kimi aclıqdan istifadə edilən hərbi cinayətlərə" görə məsuliyyət daşıyır. 
 
Bundan başqa, bu cinayətlər "qətllər, mülki şəxslərə və mülki obyektlərə qəsdən edilən hücumlar, əhalinin zorla yerdəyişməsi, seksual zorakılıq, işgəncələr, özbaşına saxlanılmalar və şəxsi ləyaqətə qəsdlə" bağlıdır.
 
Komissiya bu nəticəyə gəlib ki, İsrailin gördüyü tədbirlər "bir sıra hallarda kifayət etməyib, aydın olmayıb və ziddiyyətli olub, təhlükəsiz təxliyə üçün kifayət qədər zaman verməyib".
 
Komissiya həmçinin müəyyən edib ki, İsrail Qəzza bölgəsi əhalisinin sıx məskunlaşdığı rayonlarında böyük məhvedici gücə malik "MK84" tipli aviasiya bombalarından istifadə edib.
 
Hesabatda deyilir ki, bu silah növündən istifadə edilməsi "beynəlxalq hüququn pozulması ilə həyata keçirilib", çünki sıx məskunlaşan Qəzza bölgəsində hərbi hədəfi dinc əhalidən ayırmaq imkanı yoxdur.
 
Komissiya əmindir ki, Fələstin kişi və gənc oğlanları gender təqibinin qurbanlarına çevrilib, çünki açıq şəkildə soyunmağa məcbur edilib, bu da ciddi şəkildə onların alçaldılması niyyətindən xəbər verir.
 
Komissiyanın məlumatına görə, İudeya və Samariyada İsrail qüvvələri "seksual zorakılıq, işgənçələr və qeyri-insani və ya qəddar davranış, habelə şəxsi ləyaqətə qəsd aktları törədib".
 
Hesabatda deyilir ki, İsrail hökuməti və İsrail qüvvələri İordan çayının Qərb sahilində məskunlaşanlar tərəfindən Fələstin icmalarına qarşı zorakılıq kampaniyasına izn verib, onları şirnikləndirib və buna təhrik edib.
 
İsrailə oktyabrın 7-də edilən hücuma gəldikdə, Komissiya hesab edir ki, "HƏMAS-ın hərbi qanadı və Fələstinin digər altı silahlı qruplaşmaları mülki əhaliyə qəsdən hücum edilməsi, qətllər, işgəncələr, qeyri-insani və ya qəddar davranış kimi hərəkətlər", habelə girovların, o cümlədən uşaqların əsir götürülməsində özünü ifadə edən hərbi cinayətlərə görə məsuliyyət daşıyır.
 
"Bütün bunlar beynəlxalq humanitar hüququn və insan haqlarının pozulmasıdır", - hesabatda deyilir.
 
İsrailin BMT-nin Cenevrədəki mənzil-qərargahındakı daimi nümayəndəsi Eylon-Şahar bəyan edib ki, İsrail ona qarşı irəli sürülən ittihamları rədd edir.
 
"Komissiya bir daha sübut edib ki, onun bütün hərəkətləri İsrailə qarşı yönələn məqsədlərdən qaynaqlanır", - o, vurğulayıb.
 
"HƏMAS qanunsuz terrorçu təşkilatdır, İsrail demokratik dövlətdir. İsrail Müdafiə Ordusu beynəlxalq hüquqa uyğun hərəkət edir", - o, qeyd edib.
 
Müstəntiqlər tərəfindən təqdim edilən sənəd iyunun 19-da BMT-nin insan haqları üzrə Şurasının 56-cı sessiyasında baxılacaq və müzakirə ediləcək. 
 
İşğal edilmiş Fələstin ərazilərində hərəkətlərin tədqiqatı üzrə BMT Komissiyasının tərkibinə Cənubi Afrika, Hindistan və Avstraliyadan olan üç ekspert daxildir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
moderator.az

1Источники