RU

Azərbaycanın şanlı tarixi: 2020-ci ilin sentyabrından bu günə -TƏHLİL

Müasir Azərbaycan tarixində bir çox önəmli proseslər baş versə də, torpaqlarımızın işğaldan azad edilməsi ən yaddaqalan hadisə kimi hafizəmizdə yer tutub. Əvvəlcə 2016-cı il aprelin 2-5-də Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji üstünlük qazandırdı və gələcək uğurlarımız üçün zəmin hazırladı. Həmçinin Silahlı Qüvvələrimizdə özünə inamı, döyüş əzmini artırdı və ruh yüksəkliyi yaratdı. Bunun nəticəsidir ki, 2020-ci ildə Azərbaycan Ordusunun növbəti erməni təxribatlarına cavab olaraq başlatdığı əks-həmlə əməliyyatı ilə 44 gündə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 
Ermənistanın kapitulyasiyası nəticəsində imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla Rusiya Federasiyasının sülhməramlı kontingenti ölkəmizin ərazisində 5 il müddətinə yerləşdirildi. Keçən bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələri istər Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı, istərsə də şərti sərhəddə keçirdiyi uğurlu əməliyyatlar ilə düşmənə sarsıdıcı zərbə vurdu, strateji yüksəkliklərə yiyələndi və qələbələrini bir-birinin ardınca sıraladı. 
Bu gün isə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi tamamilə başa çatı. Bunu şərtləndirən əsas amillər isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri idi. Halbuki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan qalma müddəti 2025-ci ildə yekunlaşırdı. Buna baxmayaraq, dövlətimizin başçısının uzaqgörən və sistemli siyasəti ərazilərimizdə uzun illər kök salmış separatizmin sonunu gətirdi, torpaqlarımızda qanunsuz məskunlaşmış silahlı erməniləri isə Azərbaycanın suveren ərazilərindən çıxmağa məcbur etdi. Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində sentyabr əməliyyatları ilə bütün ərazilərimizdə dövlət suverenliyimiz tam bərpa olundu. Bu gün isə suveren ərazilərimizdə təkcə Azərbaycan Ordusunun əsgərləri var və onlar Vətənimizin keşiyində şərəflə, başı uca, ləyaqətlə dayanırlar. Ümumiyyətlə, 2020-ci ilin sentyabrından bu günə qədər baş verən şərəfli hadisələr Azərbaycanda fərqli və önəmli yaddaqalan tarixlər kimi gələcək nəsillər tərəfindən qürurla xatırlanacaq.

Siyasi şərhçi Elmir Səftərov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
sherg.az

1Источники