RU

"İnsanlar düşünür ki, cəriməni pul yığmaq üçün artırırlar" - Ekspert

“Yeni qayda pozuntularına görə məsuliyyət və cərimə nəzərdə tutulur, bəzi cərimələr artırılır. Onlardan biri qanunsuz olaraq parklanmaların təşkilidir. Parklanmalarla bağlı məsələ açıq qalmışdı. Bir ara Yol Polisi bunu küçə ticarəti kimi qeydə alaraq kimlərisə məsuliyyəti cəlb etməyə çalışırdı”.





Bunu Bakupost.az -a açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov İnzibati Xətalar Məcəlləsinə təklif edilən deyişikliklər haqd danışarkən deyib,

O, cərimə məbləğlərinin artırılmasının əsaslandırılmalı olduğunu bildirib:

“Amma burda başqa məsələlər də var. Bakı, Sumqayıt və Gəncədən başqa heç bir şəhərdə ödənişli parklanma yeri ola bilməz. Bunu təşkil edənlər məsuliyyətə cəlb olunmalıdır. Bəzi cərimələrin artırılırmasının isə iqtisadi, hüquqi əsası izah edilməlidir. Cərimələri qaldırmaq heç də yaxşı hal deyil. İnsanlar düşünür ki, cəriməni artırmaqda məqsəd çoxlu pul yığmaqdır".

Ekspert qeyd edib ki, qiymətlərin qaldırılması cərimənin proflaktik əhəmiyyətini kölgə altına salır:
"Məsələn, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməyin cəriməsi 100 manatdır. İndi bunu 200 manata qaldırırlar. Yeri gəlmişkən, 100 manat cərimə edilənlərin çoxu sürücülük vəsiqəsinin müddətinin bitməsini unudanlardır. Yaxşı olar ki, sürücülük vəsiqəsinin müddətiylə bağlı xəbərdarlıq sistemi qurulsun. Yəni vətəndaşa öncədən xəbərdarlıq göndərilsin. Üstəlik sürücülük vəsiqəsi olmayıb nəqliyyat vasitəsini idarə edənlər də var, onlara da ciddi nəzarət olmalıdır. Yeni cərimələrdən biri velosiped zolağıyla bağlıdır. Burda da dəqiq anlayış verilməlidir ki, sürücülər bu yola girməyin qadağan olunduğunu bilsinlər”.

Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
103
bakupost.az

1Источники