RU

Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub

Makron

Bakı, 12 iyun, AZƏRTAC

Fransanın dövlət başçısı Emmanuel Makron Yeni Kaledoniyada mübahisəli seçki islahatını dayandırmağa məcbur olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Makron iyunun 12-də Fransanın Yeni Kaledoniya dənizaşırı ərazisində çox mübahisəli seçki islahatı planının dayandırıldığını elan edib. İslahat planı may ayında Sakit okean arxipelaqında şiddətli iğtişaşlara səbəb olub və həftələrlə davam edib. İğtişaşlar zamanı azı 7 nəfər ölüb, 370-dən çox adam yaralanıb.

Bazar günü keçirilən Aİ seçkilərində məğlubiyyətdən sonra növbədənkənar seçkilər elan edən Prezident Emmanuel Makron deyib ki, “Yeni Kaledoniyada islahat planını seçkilər ərəfəsində “qeyri-müəyyənliyin” qarşısını almaq üçün dayandırır”. O əlavə edib ki, məqsəd həmin ərazidə dialoqa və nizam-intizamın bərpasına üstünlük verməkdir.

Seçki qaydalarına dəyişikliklər qəbul olunarsa, ən azı 10 il ada dövlətində yaşayan Fransa vətəndaşları yerli seçkilərdə səs verə bilərdi. Arxipelaq sakinləri dəyişikliklərin yerli Kanak əhalisinin səsini azaldacağından narahat idilər.

Makron, həmçinin erkən seçkilər ərəfəsində mərkəzçiləri Fransada ifrat sağçı siyasi partiyaya qarşı güclərini birləşdirməyə çağırıb. Aİ seçkilərində ultrasağçı “Milli birlik” partiyası 30 faizdən çox səs topladıqdan sonra Makron mərkəzçi ittifaqının məğlubiyyətini etiraf edib, parlamenti buraxıb və növbədənkənar seçkilərin anonsunu verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
39
azertag.az

10Источники