RU

“Qarabağ” kimlərə rəqib ola bilər?

UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə liqa raundu 36 komanda ilə oynanacaq. Turnirdəki Azərbaycan təmsilçisi “Qarabağ” həmin mərhələyə düşmək üçün çempionlar yolunda üç raund dəf etməlidir.

“Qarabağ” yarışa ikinci mərhələdə Çexiyadan “Sparta”, Norveçdən “Bode-Qlimt”, Danimarkadan “Midtülland”, Yunanıstandan PAOK, İsraildən “Makkabi” (Tel-Əviv), Kiprdən APOEL, İsveçdən “Malmö”, Polşadan “Yaqelloniya”, Macarıstandan “Ferensvaroş” ilə birgə qoşulacaq. Mümkün rəqib “Yaqelloniya” və ya birinci mərhələni dəf edəcək komandadır: Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Slovakiyadan “Slovan”, Qazaxıstandan “Ordabası”, Sloveniyadan “Selye”, Moldovadan “Petrokub”, Kosovodan “Balkani”, Latviyadan RFS, İrlandiyadan “Şemrok Rovers”, Finlandiyadan HİK, Litvadan “Panevejis”, Belarusdan “Dinamo” (Minsk), Bosniyadan “Borats”, Lüksemburqdan “Differdanj”, Farer adalarından “Klaksvik”, Şimali İrlandiyadan “Larn”, Maltadan “Hamrun”, Gürcüstandan “Dinamo” (Batumi), Estoniyadan “Flora”, İslandiyadan “Vikinqur”, Albaniyadan “Eqnatiya”, Uelsdən “Nyu Sents”, Cəbəllütariqdən “Linkoln”, Şimali Makedoniyadan “Struqa”, Andorradan “Santa Koloma”, Monteneqrodan “Deçiç”, San Marinodan “Virtus”.

Üçüncü mərhələyə çıxsa, “Qarabağ” turnirə əvvəlki raundlarda qoşulmuş komanda ilə üz-üzə gələcək.

Dördüncü mərhələnin mümkün rəqibləri sırasında Xorvatiyadan “Dinamo”, Serbiyadan “Srvena Zvezda” və ya əvvəlki raundlardan gələn komanda yer alacaq.

Bu komandalar liqa raunduna birbaşa vəsiqə əldə edib: İngiltərədən “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Aston Villa”, İspaniyadan “Real”, “Barselona”, “Jirona”, “Atletiko”, Almaniyadan “Bayer”, “Ştutqart”, “Bavariya”, “Leypsiq”, “Borussiya” (Dortmund), İtaliyadan “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, Fransadan PSJ, “Monako”, “Brest”, Niderlanddan PSV, “Feyenoord”, Portuqaliyadan “Sportinq”, “Benfika”, Belçikadan “Brügge”, Şotlandiyadan “Seltik”, Avstriyadan “Şturm”, Ukraynadan “Şaxtyor”.

Liqa raunduna yüksələcəkləri halda Serbiyadan “Partizan”, Türkiyədən “Fənərbaxça”, İsveçrədən “Luqano”, Ukraynadan “Dinamo” (ikinci mərhələnin liqalar yolundan başlayırlar), Fransadan “Lill”, Niderlanddan “Tvente”, Belçikadan “Union”, Şotlandiyadan “Reyncers”, Avstriyadan “Zalsburq”, Çexiyadan “Slaviya” (liqalar yolunun üçüncü mərhələsindən başlayırlar), Türkiyədən “Qalatasaray”, İsveçrədən “Yanq Boyz” (çempionlar yolunun dördüncü mərhələsindən başlayırlar) “Qarabağ”ın qarşısına çıxa bilər.

Hər komanda liqa raundunda 8 matç (4-ü evdə, 4-ü səfərdə) keçirəcək, ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 11 dəfə müstəqil Azərbaycanın çempionu olub, 9 dəfə Azərbaycan kubokunu qazanıb.

Komanda əvvəllər 19 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib, 6 mövsüm Avropa Liqasının qrup mərhələsində, 1 mövsüm Çempionlar Liqasının qrup mərhələsində, 2 mövsüm Konfrans Liqasının 1/16 finalında, 1 mövsüm Avropa Liqasının 1/8 finalında dayanıb.

BİA.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
bakuinform.agency

1Источники