RU

Büdcəyə yenidən baxmaq zəruridirmi? – İqtisadçı açıqladı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Hər ilin may və iyun aylarında büdcəyə yenidən baxılan zaman gəlir və xərcləri necə gəldi artırmaq da olmaz. Bu, düzgün deyil”.

Bu fikirləri Banco.az-a iqtisadçı Pərviz Heydərov deyib. 

O xatırladıb ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat nəzərdə tutulub. Kəsrin yuxarı həddi 2 milyard 590 milyon manat proqnozlaşdırılıb.

İqtisadçı bildirib ki,  2024-cü il üzrə proqnozlaşdırılan gəlirlərin 50,2%-i və ya 17 milyard 16 milyon 400 min manatı neft sektorunun payına düşürdü. Bunun da 74,5%-i, yəni 12 milyard 78 milyon 100 min manatını ARDNF-dən transfert təşkil edir:

“Yenidən baxılma nəticəsində gəlirlər 36 milyard 35 milyon 300 min manat olacaq ki, bu da proqnozlaşdırılandan 2 milyard 18 milyon manat və yaxud 6,4% çox deməkdir. Bu vəsaitin Neft Fondu hesabına həyata keçirilməyəcəyi Təqdirəlayiq haldır. Yəni, ARDNF-dən əlavə transfert olmayacaq. Keçən il büdcəyə yenidən baxılan zaman ARDNF-dən transfert təsdiq olunandan 457 milyon 700 min manat və yaxud 4,05% çox həyata keçirilmişdi. 2022-ci ildə isə adıçəkilən fonddan büdcəyə nəzərdə tutulan 12 milyard 710 milyon manat transfert 1 milyard 192 milyon 500 min manat azaldılmışdı. Nəticədə, ARDNF-dən köçürmə 2020 və 2021-ci illərdəkindən də aşağı səviyyəyə enmişdi. Bu da xərclərin artması fonunda həqiqətən böyük hadisə sayıldı.

2021 və ondan əvvəlki ildə də dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat təsdiq edilmişdi. 2022-ci ilin dövlət büdcəsində isə Fonddan transfert əvvəlki illərdəkindən 510 milyon manat və ya 4,2% çox proqnoz edilmişdi. Bundan əlavə, 2021-ci ildə Fonddan transfert ilin sonuna ümumiyyətlə 850 milyon manat az həyata keçirilmişdi.Hesab edirəm ki,  qeyri-neft-qaz sektorundan gəlirlərin və yığımın da durmadan artmasından irəli gələrək ARDNF-dən transfertlər azaldılmalıdır. Çalışmaq lazımdır ki, gəlirin artırılması Neft Fondu hesabına həyata keçirilməsin”.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
104
1
banco.az

2Источники