RU

Avropa Birliyi də Çinə əlavə vergilər qoydu

Avropa Birliyi Çin istehsalı olan elektrikli avtomobillərə 38 faizə qədər gömrük rüsumları tətbiq edəcək.

Avtosfer.az xəbər verir ki, Çin və Avropa İttifaqı arasındakı ticarət gərginliyi nəhayət vergilər şəklində əks olunmağa başlayıb.

Avropa Birliyində qəbul edilən qərar çərçivəsində Çinli avtomobil istehsalçılarının elektrikli nəqliyyat vasitələrinə 38 faizə qədər müvəqqəti idxal vergisinin tətbiq ediləcəyi bildirilib.

Bu addım əslində həm ABŞ, həm də Türkiyənin Çin avtomobillərinə tətbiq etdiyi əlavə vergi addımını izləyir. Bir müddət əvvəl qəbul edilən qərar çərçivəsində ABŞ Çinin elektrikli avtomobillərinin gömrük rüsumunu dörd dəfə artırıb.

Çinin Ticarət Nazirliyi AB-nin addımlarını yaxından izləyəcəyini və Çin şirkətlərinin hüquqlarını müdafiə etmək üçün lazımi tədbirlər görəcəyini bildirib. Tariflər həmçinin Tayvandakı hadisələr, insan haqları və iqtisadi əməkdaşlıqla bağlı fikir ayrılıqlarını əks etdirir.

Qeyd edək ki, Türkiyə də bu yaxınlarda Çindən gələn bütün avtomobillərə 40 faiz əlavə vergi tətbiq edəcəyini açıqlayıb. Əlavə vergi sosial mediada böyük əks-səda doğurub.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
avtosfer.az

1Источники