RU

YAP Səbail rayon təşkilatı Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 15 Iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra “Ulu Öndər Heydər Əliyev” adlı videoçarx nümayiş etdirilib.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev açılış nitqi ilə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızı onu gözləyən bəlalardan qurtarmaqla bərabər, Azərbaycanın dövlətçilik tarixində yeni tarixi səhifə açdığını bildirib. Deyib ki, bu qayıdış, ölkədə sabitliyin bərqərar olması və iqtisadi-siyasi inkişafın təmin edilməsi baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi yadda qalıb. Heydər Əliyevin liderliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirib, dövlət institutlarını gücləndirib və beynəlxalq aləmdə nüfuzunu artırıb.

O diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlər əldə edib və xalqın rifahını yüksəldən islahatlar həyata keçirilib. Ulu Öndəringördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında 1990-cı illərin əvvəllərində Azərbaycanda cərəyan edən hadisələrə nəzər salıb, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaq yolunda dönüş nöqtəsi hesab olunduğunu söyləyib. Deyib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının milli birliyinin, dövlətçiliyinin və müstəqilliyinin simvolu kimi böyük önəm daşıyır.

Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi ölkə üçün həlledici an idi. O vaxt Azərbaycan həm daxili siyasi böhran, həm də xarici təhdidlərlə üzləşmişdi. Heydər Əliyev yenidən hakimiyyətə gəlməklə ölkədə sabitlik və nizam-intizam yaratmağa müvəffəq oldu, iqtisadi islahatlara başladı və ölkəni anarxiyadan, parçalanmadan xilas etdi. Bu, Azərbaycan xalqı üçün böyük bir şərəf və tarixdə əhəmiyyətli bir dövr kimi yadda qaldı.

Digər çıxış edənlər - 91-lərin üzvü, professor Novruz Quliyev, şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova, Vətən müharibəsi qazisi Ramin Şirinov Ulu Öndərin Azərbaycan dövlətinin güclənməsi, ordu quruculuğu və diplomatik səylərin artırılması üçün çox iş gördüyünü vurğulayıblar. Qeyd edilib ki, Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi kimi dəyərləndirilə bilər.

Tədbir bədii hissə ilə davam edib.

Избранный
141
50
azertag.az

10Источники