RU

ÜST Hindistanın Qərbi Benqal əyalətində quş qripinə yoluxma faktını təsdiqləyib

ÜST

Bakı, 12 iyun, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı Hindistanın şərqindəki Qərbi Benqal əyalətində insanda quş qripinə yoluxma faktını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qlobal səhiyyə qurumunun məlumatına görə, H9N2 virusuna yoluxma dörd yaşlı uşaqda aşkarlanıb.

Uşaq hazırda sağlamdır. O, diaqnoz və müalicədən üç ay sonra xəstəxanadan buraxılıb.

Qeyd edək ki, bu, Hindistandan ÜST-yə bildirilmiş quş qripinə ikinci yoluxma hadisəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
azertag.az

1Источники