RU

Metroda ürəyi gedənlər...    

Hamı yaxşı bilir ki, səhər və axşam  saatlarında  Bakı metropolitenində  həddindən artıq sıxlıq yaşanır.

Və bu da  təbii ki, sərnişinlərin çətın vəziyyətlə üzləşməsi ilə nəticələnir! Xüsusən  də səhər saatlarında  "Həzi Aslanov" " Dərnəgül" istiqamətində hərəkət edən qatarlarda daha çox sıxlıq yaşanır. Amma bu, o demək deyil ki,  " İçərişəhər" stansiyasına gedən qatarlarda sıxlıq yoxdu. Elə gün olmaz ki, sıxlıq zamanı vaqonlarda olan qoca və xəstə sərnişinlərin havasızlıqdan ürəyi getməsin! Heç vaqonlarda ürəyi qısılan gənclərdə az deyil.

Bu sətirlərin  müəllifi də vaqonda yaranmış sıxlıqda çətin anlar yaşayb. Əgər növbəti stansiyada düşməsəydim, bəlkə də havasızlıqdan ürəyim dayanmışdı! Biz metoda belə hadisələrin  şahidi çox olmuşuq. Vaqonda vəziyyəti pisləşib stansiyada düsürülən sərnişinlərə ilk kömək edən metropoliten işçiləri və orada xidmət aparan polis əməkdaşlarıdir.  Təcili Tibbi yardım xidməti əməkdaşları gələn kimi, onlar xəstəyə lazımi köməkliyi göstərirlər! Çox sağolsunlar onları! Bəzən elə olub ki,  xəstə min vəziyyətdə ağılaşıb, həkimlər də gec gəlib və o, dünyasını dəyişib! Ancaq  h kimlər xilas etdiyi xəstələrdə  var. Ona görə də xəstələrin  həyatını vaxtında xilas etmək  metropolitendə  tibb məntəqələri yaradılsın.

Bu təkliflər çoxdan səslənir, lakin gerçəkləşmir. Həmin məsələ ilə bağlı Metropoliten sözçüsü Etibar Əliyev bildirib ki, bu, bizim səlahiyyətlərimiz daxilində deyil. Metroda sərnişinin vəziyyəti  pis olanda stansiyaya ən yaxın yerdən təcili tibbi yardım çağrılır! Onlar da operativ olaraq hadisə yerinə çatırlar. Bununla yanaşı, gələcəkdə metroda tibb məntəqələrinin fəaliyyəti mümkün ola bilər və bununla bağlı müəyyən layihələr var!  Metropoliten sözçüsünün  fikrinə qüvvət  olaraq deyə bilərik ki, əgər metroda  tibb məntəqələri fəaliyyət göstərsə, orada vəziyyəti pisləşənlərin  həyatını xilas etmək olar, ölüm halları bəlkə də heç baş verməz!

Emil Faiqoğlu      

Избранный
140
adalet.az

1Источники