RU

Bu ölkələrdə işçilər günün çox hissəsini əyləncəyə sərf edir - ADLAR

Bir sıra ölkələr var ki, orada iş həyatı ilə şəxsi həyat balanslı şəkildə qurulub.

 

Sfera.az xəbər verir ki, Qlobal Həyat-İş Balans İndeksinin (“Global Life-Work Balance Index”) nəticələrinə görə bu ölkələrdə tam ştatlı işçilər günün 69%-ni (16,5 saat) şəxsi baxım və əyləncəyə sərf edirlər.

 

Fransa

Fransada insanlar 16,2 saat asudə zaman keçirirlər. Həmçinin illik məzuniyyət üçün ən çox gün sayı (36) olan ölkələrdən biridir.

 

Danimarka

İş-həyat balansının prioritet olduğu ölkədə işçilərin yalnız 1%-i həftədə 50 saatdan çox işləyir. Onlar həmçinin günlərinin 15,5 saatını istirahətlə keçirirlər. Fransa kimi Danimarka da işçilərə 36 gün məzuniyyət hüququ verir.

 

İspaniya

Ölkənin yalnız 2,5%-i ödəniş müqabilində əlavə saatlarını işdə keçirir. İspaniyada işçilərə 26 gün məzuniyyət hüququ verilir.

 

Yeni Zelandiya

Yeni Zelandiya təklif etdiyi şərtlərlə birinci yerdədir. Ölkə işçilərə yüksək əmək haqqı və 26 həftəlik ödənişli analıq məzuniyyəti təklif edir. Burada vətəndaşların əsas prioritetləri ailə, sağlamlıq, əyləncə və səyahətdir.

 

Ülkər Adurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
1
sfera.az

2Источники