RU

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 62 % artıb

2024-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 61,7% artaraq 690,9 milyon dollar təşkil etmişdir.

AMB: "Bu il turizm sektorunda 27 milyon dollarlıq profisit yaranıb" - YENİLƏNİB

FED.az  bu barədə  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın həcmi 359,1 milyon dollar,  idxalın həcmi isə 331,9 milyon dollar olmuşdur. Turizm xidmətləri üzrə ixracın idxalı üstələməsi nəticəsində 27,2 milyon dollar həcmində profisit yaranmışdır.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 31,7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 39.2% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi isə 331,9 milyon dollar təşkil etmişdir. Bunun 77,6%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
106
fed.az

1Источники