RU

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib -YENİLƏNİB

Şuşaya köçürülən sakinlərə açarlar təqdim edilib.

“İki sahil” xəbər verir ki, açarların təqdimatı mərasimində Şuşa şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu mərhələdə Şuşaya 21 ailə – 85 nəfər köçürülüb. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.

***

Bakı şəhərindən yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

“İki sahil” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.

Bununla da Şuşada 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
ikisahil.az

1Источники