RU

Putin 1 fərmanla 87 nəfərə general rütbəsi verdi

Rusiya prezidenti Vladimir Putin hərbçilərə, Rusiya Qvardiyasına, polisə, ədliyyə və gömrük işçilərinə ümumən 87 şəxsə general rütbəsi verib.

Yenisabah.az xəbər verir ki, daha 8 nəfərə admiral rütbəsi verilib.

O cümlədən, general-polkovnik rütbəsi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vasili Truşinə və Baş Silahlanma İdarəsinin rəisi Anatoli Qulyayevə, general-leytenant rütbələri Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəisi Aleksandr Osadçuk və dövlət müdafiə təchizatı üzrə idarənin rəisi Vyaçeslav Rıjenkova verilib.

Prezident ayrıca fərmanla Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousovu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri sırasına daxil edib.

Hazırda Təhlükəsizlik Şurası 30 nəfərdən ibarətdir, onlardan 12-si daimi üzvdür. Şuraya dövlət başçısı rəhbərlik edir.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
4
yenisabah.az

5Источники