RU

Kadinin "Qarabağ"a dönüşünə lap az qaldı… Onun meneceri "Sportinfo"nun xəbərini təsdiqlədi

"Qarabağ"ın Kadi Borgesin transferi üçün "Krasnodar"a təklif göndərməsini dünən xəbər vermişdik ().
Yarımmüdafiəçinin agenti Helsio Alisk "RB Sport"a açıqlamasında Sportinfo.az-ın yaydığı informasiyanı təsdiqləyib.
O, Azərbaycan çempionunun braziliyalıya görə təklif göndərdiyini deyib:
"Qarabağ" həqiqətən Kadi üçün təklif göndərib. Amma bundan artıq heç nə deyə bilmərəm. Biz "Krasnodar"ın qərarını gözləyirik".
Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
«Krasnodar» 5 milyon avro qarşılığında sıralarına qatdığı «sambaçı» ilə vidalaşmağa hazırdır. Hər halda rusların «köhlən atlılar»ın təklifinə ilkin reaksiyası belə olub. Krasnodar vilayətinin eyniadlı təmsilçisi tərəflər arasında görüşmələrin tez bir zamanda başlamasına razıdır. Ötən ilin yanvarında klubla 3+1 illik müqavilə imzalamış Kadinin icarəyə götürülməsi də realdır, birdəfəlik transfer edilməsi də. Yerli premyer-liqa təmsilçisinin baş məşqçisi, «Sabah»dan da yaxşı tanıdığımız Murad Musayev daha bu keçidin əleyhinə deyil. Düzdür, o, son günlərə kimi cənubi amerikalını sərəncamında görmək istəyirdi. Di gəl, Kadinin «Qarabağ»a dönməyə israr etməsi mütəxəssisi geri çəkilmək məcburiyyətində buraxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
sportinfo.az

1Источники