RU

“Fransaya ən böyük zərbəni elə Makron vurub” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Avropa Parlamenti seçkilərində Makron siyasəti iflasa uğradı və çox az səs topladı. Lakin müxalifət lideri Marin Le Penin partiyası 30,5% səs topladı. Prezident seçkilərində də Le Pen Makron üçün ciddi rəqib idi. Amma nədənsə Makron qalib gəldi. Bundan sonra Fransa siyasəti Afrikada, Cənubi Qafqazda, ümumilikdə dünya siyasi arenasında iflasa uğradı. Etiraf etmək lazımdır ki, Fransa böyük, BMT TŞ-nın beş üzvündən biri və nüvə silahına malik olan ölkədir. Hər zaman dünya siyasətində Fransanın özəl yeri olub. Lakin acı bir həqiqət var ki, Makronun hakimiyyəti dövründə Fransa siyasi cəhətdən hər yerdə məğlubiyyətə uğradı. Fransaya ən böyük zərbəni vuran elə Makron oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Makron siyasətinin obyektivlikdən uzaq olması xüsusilə Cənubi Afrika və Cənubi Qafqazda özünü aydın büruzə verdi: “44 günlük müharibədən sonra Fransa Ermənistanın “böyük bacısı” olduğunu açıq şəkildə bəyan etdi. Belə böyük bir dövlət obyektivlikdən kənar birtərəfli mövqe tutdu. Azərbaycana qarşı apardığı siyasəti də iflasa uğradı. Azərbaycan öz növbəsində Fransanın neokolonizm siyasətini tənqid etdi, Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə ada dövlətlərinin, xüsusilə Yeni Kolodoniyanın neokolonizmdən azad olması üçün gedən danışıqlardan sonra həmin ərazidə müstəqillik üçün mübarizə aparılmağa başlandı. Bundan əlavə Fransaya ən güclü zərbəni Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti onların iki diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçısını, eyni zamanda Gürcüstan, Moldova, Ukrayna və Afrika ölkələrindəki agentura şəbəkəsini ifşa etməklə vurdu. Bu, Xüsusi Xidmət Orqanları tarixində belə böyük ilk hadisə oldu”.

Politoloq qeyd edib ki, bu ağır zərbədən sonra Makron hakimiyyəti Xarici Xüsusi Xidmət Orqanının rəhbərini istefaya göndərməyə məcbur oldu: “Halbuki belə biyabırçı hərəkətə görə elə Makronun özü istefa etməli idi. Makronun fransız xalqına qarşı apardığı qeyri-səlis siyasəti ölkədə etiraza səbəb oldu. Bunun nəticəsində Makron və onun “İntibah” partiyası Avropa Parlamenti seçkilərində uduzdu. Əminliklə deyə bilərəm ki, artıq Makron erası bitib. Makron özünü fransız siyasətində biyabırçı siyasətçi kimi tarixə yazıb. Gələcək prezident seçkilərində də müxalifət lideri Marin Le Penin qalib gələcəyi gözləniləndir”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
77
1
sia.az

2Источники