RU

Fernandu Santuşdan Azərbaycanda MÜTLƏQ REKORD

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş yığmamızın tarixinə düşüb.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis komandamızın “sükanı arxası”na keçən ən yaşlı baş məşqçi kimi rekorda imza atıb.

O, 70 yaşında bu vəzifəyə təyin edilib. Santuşun yubileyi oktyabrın 10-da Estoniya ilə səfər matçından bir gün əvvəl gerçəkləşəcək.

Santuşa qədər millimizə təyin olunan ən “qoca” ünvanına Əhməd Ələsgərovla Canni de Byazi şərik idilər. Ələsgərov yığmamıza qayıtdığı 1999-cu ildə, italiyalı isə 2020-ci ildə işə başladığı vaxt 64 yaşında olublar.

Ələkbər Məmmədov 63, Kazbek Tuayevlə Berti Foqts 62, Karlos Alberto Torres 60 yaşında millimizə rəhbərlik etməyə başlayıb.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
85
idman.biz

1Источники