RU

Fransa nazirindən borc xəbərdarlığı: "Le Pen qalib gələrsə,..."

"İfrat sağçı lider Marin Le Pen parlament seçkilərində qalib gələrsə və iqtisadi proqramını həyata keçirərsə, Fransa borc böhranına sürüklənəcək".

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bruno Le Maire deyib.

O, bildirib ki, Le Penin Milli Ralli partiyasının keçmişdə dəstəklədiyi satış vergilərinin azaldılması və pensiya yaşının aşağı salınması kimi planları yüz milyardlarla avroya başa gələcək.

Qeyd edək ki, iyunun 9-da Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib. Seçkilərin birinci turu iyunun 30-na, ikinci turu isə iyulun 7-nə təyin edilib.

Gülşən Şərif

Избранный
194
26
bakivaxti.az

10Источники