RU

Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətlər dövriyyəsi 3.8 milyard dollar təşkil edib

2024-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.8 milyard dollar təşkil edib. Bunun 2.2 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Bu barədə “İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ümumi xidmətlər balansında yaranan kəsir 19.6% azalaraq 0.6 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 475.5 milyon dollar (6.5% azalma) olub. Qeyrineft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 57% azalaraq 76.6 milyon dollar olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 30.2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 milyard dollar olan nəqliyyat xidmətlərinin 62%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyər 718 milyon dollar qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 439.3 milyon dolar təşkil edib.

Избранный
88
4
ikisahil.az

4Источники