RU

Mahir Emreli Qazaxıstanla matçın ən yaxşısıdır

Azərbaycan yığmasının Qazaxıstana 3:2 hesabı ilə qalib gəldiyi matçın ən yaxşı futbolçusu müəyyənləşib. 

Oxu24.com xəbər verir ki, Rusiyanın “Football Kulichki” saytı millimizin hücumçusu Mahir Emrelini bu ada layiq görüb.

Nəşr Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən forvardın həmin matçda parlaq performansından yazıb: 

“Fasiləyə az qalmış onun qolu komanda yoldaşlarını ruhlandırdı və onlara qələbə əhval-ruhiyyəsi yaşatdı. Emreli ikinci hissədə də çox hücumda oldu, ən vacib olan penaltini qazandı. Qarşılaşma ərzində dəfələrlə zərbə vurdu, meydanda hər şeyini verdi. Azərbaycan millisində onun ən yaxşı olduğunu deyiriksə, Qazaxıstanda Maksim Samorodov və sonradan Danil Ustimenko ilə əvəzlənən qapıçı Aleksandr Zarutskini qeyd edə bilərik”.

Избранный
92
4
oxu24.com

6Источники