RU

Sağlam və gənc qalmağınıza kömək edən 10 QİDA

Supermodel Jizel Bündhen bədəni qidalandıran,  sağlam və gənc qalmasına kömək edən, həyatını dəyişən doqquz inqrediyenti açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, o, yüksək əhval-ruhiyyədə qalmasına kömək edən sevimli otlar və ədviyyatlar haqqında ətraflı danışıb:

"Qoy yemək sizin dərmanınız olsun" sözünə həqiqətən inanıram, çünki daha yaxşı yemək seçimləri etməyə başlayanda həyatımda böyük bir dəyişiklik hiss etdim".

Xüsusilə, Jizel həzmə kömək etmək və iltihab əleyhinə xüsusiyyətləri üçün zəncəfildən, həmçinin antioksidantlar ehtiva edən və yaxşı nəfəs almağa kömək edən cəfəridən istifadə edir. O, həmçinin rozmarini sevir, çünki o,  immunitet sistemini gücləndirir və həzmi yaxşılaşdırmağa kömək edir.

Sarıkök iltihab əleyhinə xüsusiyyətlərinə görə onun sevimli maddələrindən biridir.

Reyhan isə ürək üçün sağlamdır və eyni zamanda antioksidant və antibakterial, qara bibər isə qida maddələrinin sorulmasına kömək edir.

Jizel keşnişi qan şəkərini aşağı salmaq qabiliyyətinə görə sevir. Kəklikotunu isə mikrob əleyhinə və antioksidant xüsusiyyətləri üçün tərifləyib.

O, inqrediyentlər siyahısını darçının “qan dövranını yaxşılaşdırmaq qabiliyyətinə görə tərifləyib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
cebheinfo.az

1Источники