RU

ABŞ-da İŞİD-lə əlaqədə şübhəli bilinən 8 Tacikistan vətəndaşı saxlanılıb

Şübhəlilər ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb
ABŞ-da İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən Tacikistandan olan 8 nəfər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Bildirilib ki, Nyu York, Filadelfiya və Los Ancelesdə səkkiz kişi həbs edilib. Şübhəlilər ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, lakin onların fəaliyyətinə bir neçə ay FTB tərəfindən nəzarət edilib.
Qeyd olunub ki, saxlanılan şəxslər ABŞ-a cənub sərhədindən daxil olublar, onlardan ən azı ikisi bunu 2923-cü ilin yazında edib. Kişilər terror aktı hazırlamaqda ittiham olunmasa da, onların saxlanılmasının rəsmi səbəbi immiqrasiya qanunlarının pozulmasıdır.
May ayında ABŞ İŞİD üzvü olmaqda şübhəli bilinən şəxsi ölkəyə gəldikdən iki il sonra həbs edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
ayna.az

1Источники