RU

“Bakı-Astara istiqamətində yeni layihə hazırlanır”

“Bakı-Astara istiqamətində xüsusi plan üzərindən işlər nəzərdə tutulur. Növbəti ildən bu yolda layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC -nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzərindən həyata keçirilir:

“Hazırda Bakı-Yalama istiqamətində yollarımız yenidən qurulur. Növbəti ilin birinci yarım ilində bu istiqamətdə işlərin sona çatdırılması planlaşdırılır”.

Gülnar Əliyeva

Избранный
130
qafqazinfo.az

1Источники