RU

İnternet provayderinin əməkdaşı faciəli şəkildə öldü

Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə rayonunun Gərmətük qəsəbəsi ərazisində baş verib.
Belə ki, "Aztelekom"un əməkdaşı, internet xətti çəkərkən, rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov ehtiyatsızlıq edib və yüksəkgərginlikli elektrik xətlərinə toxunub. Nəticədə yüksəkgərginlikli elektrik vurması baş verib.
C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
48
oxu.az

10Источники