RU

Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Lənkəranda

Lənkəran, 12 iyun, AZƏRTAC

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı, rayonun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən yüksəkgərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman yüksəkgərginlikli cərəyan onu yerə çırpıb.

C.Həsənov ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkimə qədər ölüm faktı qeydə alınıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
69
17
azertag.az

10Источники