RU

ADY sədri: Qatarların dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür

Sərnişindaşımada əsas prisoritet məsələlərimizdən biri xidmət coğrafiyasının genişləndirilməsi deyil, xidmət keyfiyyətinin artırılmasıdır.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib.

Sədr əlavə edib ki, qatarların dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür.

"İsveçrənin “Stadler Rail Group” şirkəti ilə bağlanmış müqaviləyə əsasən 10 sərnişin qatarı alınıb. Bu gün 4 qatar istifadəyə verilib, 6 qatar ilin sonuna kimi ölkəyə gətiriləcək. Qatarlar innovativ həllərlə təchiz olunub. Digər məsələ qatarlarda rəqəmsallaşmamın artırılmasıdır. Bütövlükdə, bu işlər sərnişindaşımada yeni xidmət standartına təkan verəcək", - deyə R. Rüstəmov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
2
apa.az

3Источники