RU

Belarusun Baş naziri: Azərbaycanla qardaşlıq münasibətlərinin ticari-iqtisadi müstəviyə çevrilməsi vacibdir

Parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir. Onun Belarusla Azərbaycan arasında gələcək illərdə əməkdaşlığın perspektivlərinə dair rəyi dəyərlidir.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun baş naziri Roman Qolovçenko Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

R.Qolovçenkonun sözlərinə görə, son ayları Belarus-Azərbaycan əməkdaşlığı ayları adlandırmaq olar: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərindən sonra bir sıra tədbirlər baş tutdu. O cümlədən bu ölkənin Baş naziri Əli Əsədov ilə görüşdük”.

Baş nazir vurğulayıb ki, Sahibə Qafarovanın Belarusa səfəri çox vacib və dəyərlidir, çünki necə deyərlər parlament ölçüsü artan sürət qazanır: "Səfərinizi Belarus-Azərbaycan dostluğunun möhkəmləndirilməsi üçün mühüm məqam kimi görürük. Qarşıdakı illərdəki işimizin perspektivləri haqqında fikirləriniz çox dəyərlidir. Biz isti və qardaşlıq münasibətlərimizi ticari-iqtisadi müstəviyə çevirməyə borcluyuq".

Baş nazir əlavə edib ki, parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir: "Bunlar biznes və rəsmi şəxslər üçün düzgün siqnallardır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
2
report.az

3Источники