RU

“F-16” qırıcıları Rusiyanı bombalayacaq

“F-16”

Hollandiya Ukraynaya “F-16” qırıcıları ilə Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verəcək.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Hollandiyanın müdafiə naziri Kajsa Ollonqren “European Pravda”ya müsahibəsində danışıb.

Müdafiə naziri deyib ki, belə zərbələrin endirilməsi Kiyevin işğalçılıq müharibəsində özünümüdafiə hüququna uyğundur.

Onun sözlərinə görə, Ukrayna “F-16”-ları aldıqdan sonra onlardan necə istifadə edəcəyinə yalnız Ukrayna hərbçiləri qərar verəcək.

K. Ollonqren əlavə edib ki, Ukrayna işğalçıya qarşı müharibə aparır və bu, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur: “Ukrayna hücumu dəf edir və beynəlxalq humanitar hüquqa riayət edirsə, hərbi hədəflərə zərbə vura bilər. Sərhədin o biri tərəfində, əgər bu, özünümüdafiə üçün lazımdırsa, hərbçilərin belə qərarlar vermək hüququ var”.

Nazir qeyd edib ki, əgər Ukraynaya Rusiya Federasiyasına zərbə endirmək üçün Qərb silahlarından istifadə etmək qadağan olunarsa, bu, onun “bir əli bağlı olaraq, sözün əsl mənasında döyüşməsi” anlamına gələcək.

Ollonqren həmçinin bildirib ki, onun dövlətindən olan ilk “F-16” qırıcıları bu yay - Danimarka təyyarələri təhvil verməyə başlayandan dərhal sonra Ukraynaya veriləcək.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
71
reyting.az

1Источники