RU

Azərbaycanda iyunun 22-də azyaşlı qıza toy edəcəklər

Azərbaycanda uzun müddətdir müzakirə və tənqid olunan mövzulardan biri erkən nikahlardır. Ölkədə rəsmi nikah yaşı 18 qəbul olunub, lakin istisna hallarda bunun 17 yaşda həyata keçirilməsinə icazə verilirdi. Ancaq Milli Məclisin dünənki iclasında bu hal da ləğv edilib və rəsmi nikah yaşı yalnız 18 olaraq saxlanılıb. 

Bundan əlavə qanunlara əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə də üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Lent.az xəbər verir ki, lakin ötən gün gündəmi zəbt edən bu kimi məsələlərə baxmayaraq, Neftçala rayonunda yeniyetmə qızın yaxın günlərdə ərə verilməsi barədə sosial şəbəkədə məlumatlar dolaşır. Məlumata görə, artıq toy mərasiminin keçiriləcəyi tarix də müəyyən edilib – 22 iyun.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
1
yenisabah.az

2Источники