RU

Türkiyə Ermənistandan hərəkət gözləyir – Əks halda sərhədlər açılmayacaq

Ermənistan parlamenti spikerinin müavini Ruben Rubinyan yenə şikayətlənib ki, Türkiyə onun ölkəsi ilə sərhədin qismən açılmasına dair razılaşmanın icrası istiqmətində hər hansı addım atmayıb.

“AzPolitika” xəbər verir ki, bunu Rubinyan yerli jurnalistlərə açıqlamasında bildirib.

Rubinyan və Türkiyənin yüksək vəzifəli diplomatı Serdar Kılıc bu barədə razılaşmanı bir neçə dövrə danışıqlardan sonra 2022-ci ilin iyulunda imzalamışdılar. Razılaşmada göstərilirdi ki, Ermənistan və Türkiyənin diplomatik pasportları olan vətəndaşları və üçüncü ölkələrin vətəndaşları sərhəddən keçə bilərlər.

Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarındanhələ də əl çəkməyən Ermənistan hökuməti Marqara sərhəd keçidinin tikintisi üçün özəl şirkət də dəvət etmişdi. Marqara sərhəd kəndi İrəvanın 40 kilometrliyindədir.

Rubinyan deyib: “Keçid məntəqəsi hazırdır, lakin biz bu razılaşmanın icrası üçün Türkiyə tərəfindən atılan heç bir addım görmürük”.

Ancaq nədənsə Rubinyan bunun səbəbi haqqında danışmaq istəməyib. İrəvanın Fransadan aldığı göstərişlə Azərbaycan və Türkiyə ilə münasiətləri yaxşlaşdırmaq istiqamətində konkret addımlar atmaqdan imtina etdiyini deməyib.

Rubinyan və Kılıc arasında 2022-ci ildə əldə olunmuş başqa bir razılaşma iki ölkə arasında yük daşımaları üçün hava nəqliyyatının açılmasını nəzərdə tuturdu.

Bu razılaşma da hələlik icra olunmur. Ankara qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistan malları üzərində qadağanı saxlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başqa Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara-İrəvan münasibətlərinin bundan sonrakı yaxınlaşması Ermənistan-Azərbaycan sülh müqaviləsinin bağlanmasından asılı olacaq.

2023-cü ildə Türkiyə dövlətlərinin Qazaxıstanda keçirilən sammitində Ərdoğan habelə Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi ilə gömrük və pasport yoxlanışı olmayan dəhlizin açılmasını tələb etmişdi. İrəvan isə hələlik bu tələbləri yerinə yetirməkdən yayınır.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
azpolitika.info

1Источники