RU

Vaqif Sadıqov: "Fernandu Santuşun gəlişi milli komandamıza uğurlar qazandıracaq"

Azərbaycanlı futbol mütəxəssisi Vaqif Sadıqov Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunması məsələsi barədə açıqlama verib.
Bu barədə Oxu.Az saytına danışan Vaqif Sadıqov bildirib ki, Fernandu Santuşun Azərbaycan millisinə gəlişi futbolumuza müsbət təsir göstərəcək.
"Bu xəbəri ilk olaraq sizdən eşidirəm. Fernandu Santuşun milli komandaya baş məşqçi təyin olunması müsbət haldır. Təcrübəli çalışdırıcıya yalnız uğurlar arzulaya bilərik. Seçmə komandamızın son oyunlarından da gördük ki, potensial var. Fernandu Santuş çox təcrübəli mütəxəssisdir və uğurlar qazandıra biləcəyinə inanıram", - deyə V.Sadıqov qeyd edib.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
1
oxu.az

2Источники