RU

Paytaxt klubu yeni baş məşqçi ilə anlaşdı – İDDİALI HEYƏT QURULUR

Bakı “Şəfa” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.az-a daxil olan məlumata görə, bu posta Nadir Əliyev təyin edilib. Əliyevin son iş yeri II Liqa klubu “Füzuli” olub.

Mütəxəssisin sabiq komandasından 5-6 güclü futbolçunu “Şəfa”ya gətirəcəyi bildirilir. Paytaxt təmsilçisi növbəti mövsümdən iddialı heyət qurmaq niyyətindədi.

Bu səbəbdən də II Liqada çempionluq mübarizəsi aparan “Füzuli”nin əsas üzvləri heyətə cəlb ediləcək.

Xatırladaq ki, “Şəfa” ötən mövsümü II Liqada 13-cü yerdə bitirib. Pley-off matçında “Haypers”ə məğlub olan komanda növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
idmanxeber.az

1Источники