RU

İyunda ərzaq məhsulları UCUZLAŞDI – Defilyasiyanın bir addımlığında

Azərbaycanda apreldə illik inflyasiya sıfıra düşdükdən sonra mayda defilyasiyanın (ucuzlaşma- red.) baş verəcəyi proqnozlaşdırılırdı. Amma Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumat göstərir ki, mayda Azərbaycan defilyasiyanın bir addımlığından geri dönüb.

 

Sfera.az DSK-ya istinadən xəbər verir ki, mayda illik inflyasiya bir qədər artaraq 0,3 faiz təşkil edib. İllik inflyasiya artsa da beşaylıq inflyasiya azalaraq 0,7 faizdən 0,6 faizə düşüb.

 

Mayda illik müqayisədə qiymətlərin bir qədər artmasının səbəbi pullu xidmətlərdəki bahalaşmanın 0,2 faiz bəndi yüksəlməsi, eləcə də qida məhsullarında ucuzlaşma tempinin müəyyən qədər zəifləməsi ilə bağlıdır.

 

Bununla belə ötən ayda da illik müqayisədə ərzaq məhsullarında ucuzlaşma davam edib. Belə ki, bu ilin mayında ərzaq qiymətlərinin səviyyəsi ötən ilin m0ayına nisbətən 1,8 faiz enib. Beşaylıq dövrdə isə qida məhsullarında ucuzlaşma 1,2 faiz olub. Ucuzlaşma əlamətləri aylıq müqayisədə də müşahidə edilib.

 

Mayda bütün məhsulların ümumi qiymət göstəricisi aprelə nisbətən 0,1 faiz azalıb. Aylıq müqayisədə qeydə alınan ucuzlaşmanın əsas səbəbi qida məhsullarındakı ucuzlaşma olub. Qida məhsulları bir ay ərzində 0,7 faiz dəyər itirib.

 

Ümumilikdə 2024-cü ildə Azərbaycanda qiymət artımlarının sıfır səviyyəsinə yaxın olması görünür. İllik müqayisədə qeyri-qida mallarında qiymətlər 1 faiz, pullu xidmətlərdə isə 2,2 faiz artıb.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
55
2
sfera.az

3Источники