RU

Məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs: "Onu sadəcə cəzalandırmaq istədim"

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Onun sözlərinə görə həmin an məhkum yoldaşını öldürmək niyyəti olmayıb:

"Hər bir məhkumun öz şəxsi dolabı olur. Axşam vaxtı fikir verdim ki, kimsə dolabıma girir. Mən gözü açıq yatmışdım və zərərçəkmiş Şəhriyarın dolabımdan telefon nömrələri olan kitabçama baxdığını gördüm. Dərhal buna sərt reaksiya verib onu yerə yıxdım və birdəfəlik istifadə edilən üz qırxanın ülgücü ilə onun üzündən "şram" atmaq istədim. Bununla mən onu sadəcə cəzalandırmaq istədim ki, mənə qarşı bir də bu cür səhvi təkrarlamasın. Lakin o üzünü çəkdiyinə görə ülgüc boğazından tutdu. Bir məsələni də bildirim ki, əgər içəridə məhkumun üzünə "şram" atılırsa deməli bu onun ciddi səhv hərəkətinin olmasını bəlli etmiş olur. Çünki həbsxanada məhkumun dolabına girmək, ələxsus da onun şəxsi əşyasına göz dikib oğurlamaq ayıb bir şey sayılır".

Məhkəmənin növbəti iclası iyulun 10-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs eyni - 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib. Hadisəyə səbəb kimi Azərin Şəhriyarın şəxsi dəftərinə baxması olduğu bildirilir.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran ağır cinayetler məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
86
e-huquq.az

1Источники