RU

Duda: Ukrayna NATO-ya dəvət olunmalıdır

Duda:

Müttəfiqlər Ukraynanı rəsmi olaraq NATO-ya dəvət etməlidirlər, baxmayaraq ki, o, yalnız müharibə başa çatdıqdan sonra tamhüquqlu üzv ola bilər.

Reyting.az
RMF24-ə istinadla xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Riqada keçirilən tədbirdə deyib.

“Bizim üçün aydındır ki, Ukrayna müharibə bitməmiş Alyansa tam qəbul oluna bilməz, lakin bu proses, fikrimizcə, davam etməlidir, çünki bu, həm də NATO-nun Rusiyaya Ukraynanın Alyansa üzvlük istəklərinin nümayişi olacaq”, - A. Duda əlavə edib.

Qeyd edək ki, Dudanın bu təklifi NATO-nun Vaşinqtonda keçiriləcək sammitində Polşanın prioritetləri, o cümlədən Alyansın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, NATO-nun Rusiyaya yanaşmasına yenidən baxılması və Ukraynanın Avro-Atlantik istəklərinin həyata keçirilməsinə çalışmaq kontekstində səslənib.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinin Ukraynanın Alyansa üzvlüyünə “körpü” yaradılmasını təmin etməli olduğunu bildirmişdi.

ELÇİN
Избранный
42
43
reyting.az

10Источники