Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasında tanınmış şair Hüseyn Kürdoğlunun 90 illiyi münasibətilə sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin əsərləri, tərcümə etdiyi, redaktor və “Ön söz” müəllifi olduğu, həyatı və yaradıcılığı haqqında kitablar nümayış olunur.
Sərgi bir həftə davam edəcək.