RU

Medvedev “Rusiya Günü“ təbrikində Ukraynanı Rusiya ərazisi kimi təqdim etdi - VİDEO

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında həmvətənlərini Rusiya Günü münasibətilə təbrik edib.

News365.az xəbər verir ki, onun bu münasibətlə paylaşdığı videoda ölkəsinin xəritəsində Ukrayna ərazisi də əks olunub.

Videoda sərhədlər əks olunub və tədricən Rusiya bayrağına qərq olan ərazilər şərqdə Kuril adalarından başlayaraq qərb sərhədlərində Ukraynanı da əhatə edib.

Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
news365.az

1Источники