RU

Kadinin agenti: “Qarabağ” təklif göndərib, qərarı gözləyirik”

“Qarabağ” həqiqətən də Kadi ilə bağlı “Krasnodar”a təklif göndərib”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin agenti Helsio Alisk deyib.

O, Rusiya mətbuatına açıqlamasında braziliyalı yarımmüdafiəçinin “Krasnodar”dakı taleyi və Azərbaycana qayıtmaq ehtimalından danışıb: “Amma bu barədə başqa heç nə deyə bilmərəm. “Krasnodar”ın verəcəyi qərarı gözləyirik”.

Qeyd edək ki, Kadi cari mövsümün 33 matçında 4 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
2
idman.biz

4Источники