RU

Azərbaycanda 5 ayda illik inflyasiya nə qədər olub?

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 %, qeyri-qida məhsulları üzrə 101 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 % olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
15
iqtisadiyyat.az

10Источники