RU

"Washington Post" yazıb: Süni intellekt cihadçı oldu

Son bir neçə həftə ərzində süni intellektlə yaradılan, İŞİD-i "İslam Dövləti" adlandıran saxta xəbərlər ortaya çıxmağa başlayıb.

Ednews oda.tv.com- a əsasən xəbər verir ki, "Washington Post" bu vəziyyəti süni intellektin təbliğatını yaymaq istəyən cihadçı qruplara təqdim etdiyi imkanların nümunəsi kimi qiymətləndirir.

Martın 22-də İŞİD-in üzərinə götürdüyü və 139 nəfərin ölümü ilə nəticələnən Moskva ətrafındakı konsert salonuna hücumdan dörd gün sonra islamçı şəbəkələrdə 92 saniyəlik video yayılmağa başlayıb. 

Kadrlarda Əl-Cəzirə xəbər proqramını xatırladan xəbər bülleteni çatdıran dəbilqə və silahlı bir adam görünür və stilizə edilmiş telekanal loqosunun yanında ərəbcə “İslam Dövləti” sözləri görünür. Washington Post-a görə, bu server və bu xəbər bülleteni süni intellekt tərəfindən yaradılıb.

“İslam Dövləti üçün süni intellekt, qanlı hücumlarını dünyanın demək olar ki, hər yerində yaymaq və çatdırmaq üçün sürətli bir yol olacaq və “Hollywood” üslublu işə qəbul videoları, “AI” video generatorları” indi onlara daha ucuz bu tip məzmun yaratmağa imkan verir"-Washington Post.

 

Nərgiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
ednews.net

1Источники