RU

Nazir müavinindən müharibə veteranlarına verilən müavinətin artırılmasına dair AÇIQLAMA

Bak. Trend:

Azərbaycanın dövlət büdcəsinin sosial yönümlülüyü heç kimdəşübhə doğurmur. Hökumət, o cümlədən, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onlarıillik büdcə hazırlanarkən nəzərə alır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasındamaliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, deputatların müavinətlərlə bağlı qaldırdığıməsələ aktualdır.

"Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ənvacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleksbaxır. Təkliflər, yəqin ki, individual qaydada yox, kompleksyanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgəbaxılması məsələsi daha öndədir.

İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır.Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika varki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirəoluna bilər".

Qeyd edək ki, iclasda müharibə veteranlarına verilən 80 manatmüavinətin artırılması təklif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
20
az.trend.az

10Источники