RU

Gəncədə naməlum şəhid kimi dəfn edilmiş, 31 il sonra kimliyi müəyyən edilən Hafiz Məmmədovun məzarı abadlaşdırılıb - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, Gəncə Şəhidlər xiyabanında 31 il əvvəl naməlum şəhid kimi dəfn edilmiş, kimliyi bir qədər əvvəl müəyyənləşdirilən Məmmədov Hafiz Qədim oğlunun məzarı abadlaşdırılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhidlər xiyabanında bununla bağlı keçirilən mərasimdə şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanların əməkdaşları, şəhid ailələri, qazilər, Gəncə və Kəlbəcər ictimayətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Məmmədov Hafiz Qədim oğlu 1971-ci ildə Kəlbəcər rayonunda anadan olub.

İnşaat Mühəndisləri Universitetinin 5-ci kursunda təhsilini yarımçıq saxlayaraq 1992-ci ilin noyabr ayında hərbi təhsil almaq üçün Türkiyə Cümhuriyyətinə yollanıb.

Leytenant Hafiz Məmmədov daha sonra cəbhəyə yola düşüb.

1993-cü il aprelin 4-dən 5-nə keçən gecə Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.

Onun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Gəncədə
Избранный
229
1
apa.az

2Источники