RU

Yeganə ümid və çıxış yolu

Sovet cəmiyyəti XX əsrin sonlarına doğru iqtisadi  mədəni və mənəvi böhran keçiridi. İstehsal tempinin durmadan aşağı düşməsi məhsuldarlığın azalmasına  istehlak tələbatının ödənilməməsinə gətirib çıxartdı. İqtisadi həyatın idarə edilməsində çətinlik çəkən Sovet höküməti korrupsiya və durğunluq məngənəsində sıxılırdı. Milyonlarla insanın qanı bahasına yaradılmış inzibati – amirlik sistemi  illər ötdükcə öz səmərəsini itirirdi. Milli sərvətlərin talanması mərkəz qarşısında yalan məlumatların verilməsi  rəqəmləri şişirdilmiş hesabatlar  və “ qardaş “ respublikalara münasibətdə milli ayrı – seçkilik  sadə sovet vətəndaşlarının şüurunda kommunist ideologiyasına və onu təmsil edən Komunist Partiyasına inamı azaldır  sovet cəmiyyətinin mədəni və mənəvi həyatına zərbə vururdu.

1985 – ci ildə Mixail Qarbaçovun SSRİ rəhbərliyinə gəlməsindən sonra  “ yenidənqurma“,   “aşkarlıq “ adlanan siyası islahatlar keçirməyə başladı. Bu da dövlətin iflasını daha da surətləndiridi. 1987–ci ildə ermənilər Ermənistandan və Qarabağdan 75 min imza toplayaraq  Kremlə göndərmişdilər. 1988 – ci ilin fevral ayında isə separatçılar açıq fəaliyyətə başladılar. DQMV də gizli fəaliyyət göstərən separatçı” Krunk” təşkilatı Qarabağın Ermənistana verilməsi ilə bağlı ilk mitinq keçirmışdir. Ermənistanda yaşayan soydaşlarımızın deportasiyası , Qarabağdakı qarşıdurmalar, Sumqayıt fitnəkarlığının törədilməsi  vəziyyəti daha da gərginləşdirdi.  Qarabağda müharibənin alovlanması  ardıcıl məğlubiyyətlər torpaqlarımızın itirilməsi  iyun qiyamının baş verməsi rəhbərliyin kadr siyasətindəki səhvləri  və idarəçilikdə yol verdiyi ciddi qüsurların nəticəsi idi.

Azərbaycan məhv olmaq təhlükəsi ilə üz – üzə qalmışdı. İctimai – siyasi proseslər idarəolunmaz forma almışdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Dövləti idarə edən şəxslərin nəyə xidmət etdiklərini anlamaq  mümkün deyildi. Xalq ağır vəziyyətə düşmüş və ən başlıcası isə mənəvi cəhətdən sarsılmışdır.

Azərbaycanın ümumi vəziyyətinin nə qədər çətin və təhlükəli olduğunu ziyalılar yaxşı dərk edirdilər. Azərbaycanı belə ağır vəziyyətdən  yalnız Heydər Əliyev  kimi böyük dövlət xadimi , bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilərdi. Respublikanın bütün əhalisi Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi.

16 oktyabr   1992 – ci ildə “ Səs “ qəzeti vasitəsi ilə  91 nəfər ziyalı  Heydər Əliyevə müraciət etdi. Ulu Öndər  “ 91– lər” in müraciətinə bir neçə gündən sonra müsbət cavab verdi və partiyanın yaradılması istiqamətində hazırlıq işlərinə başladı. 1992 – ci ildə 21 noyabrda Naxçıvanda Yeni Azərbaycan Partiyasınının təsis konfransı keçirildi. Heydər Əliyev  partiyanın Sədri seçildi. O , çoxları tərəfindən  təkcə YAP – ın deyil bütün  Azərbaycan xalqının lideri kimi qəbul edilirdi.

1993 – cü il iyunun 15 – də Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Həmin gün ölkənin tarixinə Qurtuluş Günü kimi daxil oldu. Beləliklə dahi siyasətçı Azərbaycan rəhbərliyinə qayıtdı, onun müstəqilliyini möhkəmləndirdi , onu əbədi və dönməz etdi. Demokratik , hüquqi , dünyəvi bir dövlət quraraq  onu gücləndirdi. Müdrik siyasəti nəticəsində ölkə çətinliklərdən üzüağ çıxaraq  sosial – iqtisadi sahədə böyük uğurlara imza atdı.

Zemfira Şərifova,
Xətai rayonu, 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
ikisahil.az

1Источники