RU

"Ölən futbolçu qardaşım oğlu idi" – Millimizin sabiq oyunçusu

"Bəli, ölən futbolçu Amid Alxasov qardaşım oğludur".

Bunu Prosport.Az saytına açıqlamasında "Turan Tovuz" klubunun sol cinah müdafiəçisi Slavik Alxasov deyib.

21 yaşadək millimizin (U-21) sabiq futbolçusu qardaşoğlunun ölümünə görə Qusarda olduğunu, hadisənin təfərrüatını da eşitdikləri əsasında bildiyini deyib: "Qardaşım oğlu Qusarın Aşağı İmamqulukəndindəndir. Ailəsi orada yaşayırdı. Göldə batıb. Üzməyi bacarırdı. Yəqin ki, "sudurqa" tutub".

Qeyd edək ki, Amid Alxasov əvvəl Qusarın "Şirvanovka" və "Şahdağ Qusar" komandalarında çıxış edib. Daha sonra "Sabah" klubuna keçərək oranın U-16 komandasında oynayıb. Ötən mövsüm isə "Səbail" klubunun U-19 komandasında icarə əsasında çıxış edib.

Səbuhi Musa  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
prosport.az

1Источники